Erudit

Video Qalereya

Davamı

Erudit

“Erudit” tam orta məktəbi özəl məktəblər arasında bilik səviyyəsinə görə  öndə gedən məktəblərdən biridir. Bu inkişaf məktəbin rəhbərliyinin düzgün təhsil siyasətinin aparılmasının və qabaqcıl müəllim heyətinin birgə fəaliyyətinin bəhrəsidir. Daimi inkişaf ən son fikirlərə yiyələnmək məktəbin ümdə vəzifələrindən biridir. Ən əsas məqsədimiz təhsildə keyfiyyətə nail olmaqdır. “Erudit” məktəbində təhsilin keyfiyyətini artırmaq məqsədiləyeni üsullardan interaktiv metodlardan istifadə olunur. Bunun nəticəsində möhkəm bilikli və bacarıqlı şagirdlər yetişdirilir. Təlim prosesinin yeni təhsil yanaşmaları şagirdlərdə bacarıqların üzə çıxmasına kömək edir.  Buna sübut olaraq hər il bütün məzunların 99-100%-nin ali məktəblərə qəbul olmasıdır. Bu da məktəbin rəhbərliyinin , pedoqoji kollektivinin, təbii ki, şagirdlərin də özlərinin məsuliyyətli olmalarının nəticəsidir. Məktəbin üzərinə düşən bütün işlər rəhbərlik və müəllimlər tərəfindən maksimum səviyyədə yerinə yetirilir. Məktəbdə vaxtaşırı olimpiadların,  müsabiqələrin keçirilməsi şagirdlərdə biliyə, oxumağa daha həvəs yaradır. Müəllimlər tərəfindən əlavə materiallar tərtib olunur. Bunun nəticəsində şagirdlər dərin biliklərə yiyələnərək, bir-birlərinə qarşı sağlam rəqabət aparırlar. Məktəblərarası “bilik” yarışmalarında müəyyən uğurlar əldə edirlər. Hər il olduğu kimi bu ildə bilik yarışının qaliblərindən biri Fizika fənni üzrə 1-ci yeri tutmuşdur.

Təhsillə yanaşı məktəb tərəfindən tez-tez ekuskursiyalar təşkil olunur. Şagirdlərə Milli dəyərlərimiz , milli adət-ənənələrimiz, tariximiz haqqında mükəmməl məlumat  verilir. Bu da şagirdlərin  biliklərinin  möhkəmlənməsində  onlara kömək edir.

       Məktəbdə müxtəlif idman seksiyaları fəaliyyət göstərir. Idman yarışları üzrə də qələbələrimiz çoxdur. Karate üzrə Gürcüstanda keçirilən  DZYO-do yarışlarında ikinci sinif şagirdi Semixov Marat 1-ci yerin qalibi olaraq  bayrağımızı qaldırmışdır. Şahmat üzrə Respublikamızda keçirilən yarışlarda üçüncü sinif şagirdi Quluzadə Adil 1-ci yeri əldə etmişdir. Bir sözlə “Eruditçilərimizin” uğurları , nailiyyətləri tükənməzdir.