Erudit

Video Qalereya

Davamı

İngilis təmayüllü tam orta məktəb

    “Erudit” təhsil kompleksi adlanan ingilis təmayüllü tam orta məktəb 1996-cı ildən fəaliyyət göstərir. Bu məktəbin yaradıcısı və direktoru Z.A Əhmədovadır. Məktəbdə təhsil Azərbaycan və Rus bölmələri üzrə dövlət proqramı əsasında ingilis dilinin geniş tədrisi ilə təşkil olunur. 5-ci sinifdən başlayaraq valideynlərin seçimi ilə ikinci xarici dil fakultativ məşğələ kimi aparılır. 1-ci sinifdən başlayaraq Azərbaycan bölməsində Rus dili dərsləri, Rus bölməsində isə Azərbaycan dili dərsləri geniş tədris olunur. Məktəbdə ümumtəhsil fənlərlə yanaşı informatika, nitq mədəniyyəti, məntiq və vətəndaşlıq dərsləri çekirilir. Fənn müəllimləri dərs zamanı yeni, müasir texnologiyalardan, interaktiv üsullardan xüsusi hazırlanmış əyani vəsaitlərdən istifadə edərək, informasiya dünyasına geniş yol açırlar. Məktəbin fənn kabilentləri və laboratoriyaları müasir avadanlıqla təchiz edilib. Şagirdlərin gəzməli, görməli tarixi yerlərə ekuskursiyaları təşkil olunur. Məktəbdə yüksək səviyyədə tibbi xidmət fəaliyət göstərir.

     “Erudit” məktəbinin fəaliyyəti 16-cı ildir ki, davam edir. Artıq 11-illik tam orta məktəblər sırasındadır. Məktəbdə xüsusi quraşdırılmış video kameralar vasitəsilə şagirdlərə nəzarət izlənilir. “Erudit” tam orta məktəbini bitirən şagirdlər hər il yüksək ballarla ali məktəblərə qəbul olunurlar. Bu da onun nəticəsidir ki, onlar məktəbin daxilində əlavə məşğələlərlə təmin olunurlar. Qəbul olunan şagirdlərin bir çoxu xarici ölkələrdə təhsil alırlar.

     Həm tədris, həm tərbiyə planları çox düşünülmüş formada olan məktəbdə müəllimlər seçilir, yoxlanılır, sonra işə qəbul olunurlar. İsdedadlı uşaqlarla dərnəklərdə xüsusi iş aparılır və sərgilər təşkil edilir. Başqa məktəblərdən gələn və biliyi yetərincə olmayan uşaqlarla əlavə fərdi yanaşma metodu ilə məşğul olunur.

     Dərslər həftənin 5 günü saat 9:00-dan 18:00-dək keçirilir. Sinifdə şagirdlərin sayı 12 nəfərə qədərdir. Ev tapşırıqları günün ikinci yarısında təcrübəlli müəllim-tərbiyyəcilərin nəzarəti ilə yerinə yetirilir.

     Şagirdlər gündəlik isti yeməklə təmin olunurlar. Məktəbdə maraq dərnəkləri və idman seksiyaları fəaliyyət göstərir.

 

  “ERUDİT” təhsil komleksinin ünvanı:

   Fətəli Xan Xoyski küçəsi 123b

 

Əlaqə telefonları:

 

(012) 564-34-06

(012) 564-34-02

(050) 346-02-17

(055) 740-39-21