Skip links

Erudit Liseyi

Bizimlə Öyrən

Erudit məktəbi 1996-cı ildə Əhmədova Zərifə xanımın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Uzun illər uğurlu fəaliyyəti ilə seçilən məktəbimiz artıq yeni ünvana Ağ Şəhərə köçürülmüşdür. Məktəbdə Rus və Azərbaycan bölmələri fəaliyyət göstərir. Hər iki bölmədə İngilis dili yüksək peşəkarlıqla və təmayül formada keçirilir.
Bizim fərqimiz yüksək səviyyədə verdiyimiz təhsil və şagirdlərimizə öz övladlarımız kimi yanaşmağımızdadır. Onlar hər gün səhər 9-dan axşam saat 6-ya qədər peşəkar müəllim və mürəbbiyyələr tərəfindən öyrədilir, istirahət saatlarını səmərəli keçirir, qidalanır və əylənirlər. Bizim hər bir şagirdimizə fərdi yanaşma metodundan istifadə olunur. Məktəbimizdə peşəkar həkim, psixoloq, loqoped fəaliyyət göstərir. Bundan əlavə rəqs, rəsm, şahmat, gimnastika dərnəkləri təşkil olunub. Şagirdlər üçün hər ay tədbirlər, gəzintilər təşkil olunur.
Kiçikyaşlı uşaqlarınız üçün isə məktəbin nəzdində bağça fəaliyyət göstərir.