Skip links

Məktəbəqədər Təhsil

Eruditin məktəbəqədər təhsil pilləsini fərqləndirən xüsusiyyətlər:

hər bir şagirdə xüsusi diqqət və fərdi potensialın inkişafı

peşəkar mütəxəssislər tərəfindən yüksək keyfiyyətli tədris;

müasir tədris mühiti;

İkidilli tədris proqramı

İki bölmədən birini seçmək imkanının olması

Valideynlərin də müntəzəm iştirak etmək imkanı olan maraqlı tədbirlərin, öyrədici ekskursiyaların təşkil olunması.

Biz tədris proqramımızı şagirdlərimizin Eruditdə öz təhsillərini yüksək səviyyədə başa    vurması üçün dəqiqliklə hazırlamışıq.

Tədris yanaşmaları

Öyrədici oyunlar, birgə və layihə əsaslı təlim və texnologiyanın istifadəsi yüksək keyfiyyətli tədrisin, oxu, yazı, riyaziyyat kimi əsas bacarıqların səylə tətbiqi ilə tamamlanır. Bu yanaşma davamlı, yüksək səviyyəli akademik nailiyyətlərin əldə olunması və təlimə müsbət münasibətin yaranması ilə nəticələnir.
Erudit təsviri incəsənət, idman, dil və akademik klublar, liderlik proqramları, idman yarışları və olimpiadalar da daxil olmaqla hərtərəfli məktəbdənkənar proqramlar vasitəsilə sosial-sağlam təhsil tətbiq edir. Bu fəaliyyət növləri gözəl öyrənmə təcrübəsi olub sosial bacarıqların inkişaf etməsini və ömürboyu öyrənməni təmin edir.

Fənlər və onların tədris dilləri

Hər iki bölmə valideynlərin istəyinə əsasən Azərbaycan və ya rus dilində təqdim olunan Milli Kurikulumla tamamlanan güclü tədris proqramına malikdir.

Tədris proqramı

Liseyimizin orta məktəbində təhsil alan şagirdlərimiz Milli Kurikulum çərçivəsində təhsil almağına üstünlük verilir.
Azərbaycan bölməsi:  Azərbaycan bölməsinin orta təhsil pilləsinin şagirdləri dərslərdə əsas təlim dili kimi Azərbaycan dilində ünsiyyət quraraq sağlam mühitdə təhsil alırlar.
Bu bölmədə təhsil almaq istəyən şagirdlər ana dilində düzgün oxuyub – anlama, danışma, yazı  bacarıqlarına sahib olmalıdırlar.
Rus bölməsi: Rus bölməsinin orta təhsil pilləsinin şagirdləri dərslərdə əsas təlim dili kimi rus dilində ünsiyyət quraraq sağlam mühitdə təhsil alırlar.
Bu bölmədə təhsil almaq istəyən şagirdlər rus dilində düzgün oxuyub – anlama, danışma, yazı  bacarıqlarına sahib olmalıdırlar.

Pedaqoji yanaşma

Qiymətləndirmə

Milli Kurikulum əsasında orta təhsil pilləsində
Məktəbdaxili Qiymətləndirmə Qaydalarına müvafiq olaraq
ildə iki dəfə Böyük Summativ Qiymətləndirmə  (BSQ) keçirilir.
Hər iki yarımilin sonunda Məktəbdaxili Qiymətəndirmə Qaydalarına müvafiq olaraq  keçirilən Böyük Summativ Qiymətləndirmə (BSQ) ilə yanaşı, şagirdlərin akademik biliklərinə nəzarət etmək, təlimin inkişaf dinamikasını təhlil etmək məqsədilə mütəmadi olaraq şagirdlərimiz üçün Mövzu üzrə Qiymətləndirmə Testləri (MQT), respublika  səviyyəsində keçirilən  sınaq imtahanları təşkil olunur. Bu yanaşma şagirdlərin  bütün fənlər üzrə  bilik, bacarıq və anlama səviyyələrini, eyni zamanda IX və XI siniflərdə keçirilən buraxılış imtahanına hazırlıq səviyyəsini müəyyən edir. Tətbiq etdiyimiz qiymətləndirmə vasitələrinin müxtəlifliyi Azərbaycan və beynəlxalq tədris resurslarına uyğun olaraq şagirdlərin inkişafını dəyərləndirməyə kömək edir.
İmtahanlar və digər qiymətləndirmə formaları şagirdlərimizin yaş səviyyəsinə uyğun, sağlam öyrədici mühitdə təşkil olunur. Şagirdlərin bu sınaq imtahanları nəticəsində əldə etdiyi bacarıqlar onların gələcək təhsil həyatında böyük nailiyyətlər qazanması üçün zəmin yaradır.