Skip links

Dəyərlər

Biz şagirdlərimizə aşağıdakı dəyərləri aşılamaq niyyətindəyik: 

 

Əzmkarlıq iradəli və əzmkar olmaq.

 

Tolerantlıq – hər bir insanın fərqliliyini anlamaq və qəbul etmək

 

Multikulturalizm – milli və beynəlxalq dəyərlərə sadiq olmaqla yanaşı müasirliyə meyilli olmaq.

 

Yaradıcılıq – 21-ci əsrin mürəkkəb problemlərinə qeyri-standart yanaşmaq.

 

Dürüstlük – məsuliyyətin ağırlığından asılı olmayaraq reallığı qəbul etmək.

 

Savadlılıq – yenilik və rəqəmsal savad daxil olmaqla tətbiqi biliklərə yiyələnmək.

 

Mükəmməllik  bütün səylərdə üstün olmaq öhdəliyi.

 

Ruh yüksəkliyi – öyrənməyə olan səmimi bir sevgi və öz potensialını reallaşdırmaqdan irəli gələn təşəbbüs.

 

Liderlik – təşəbbüs, iştirak, müzakirə, fərdi və sosial məsuliyyət, nizam-intizam, effektivlik.

Bizim üçün çox vacibdir ki, şagirdlərimiz:

 

İrsinə və mili mənəvi dəyərlərinə hörmət edən əsl Azərbaycan vətəndaşı kimi yetişsin;

Akademik cəhətdən ən yüksəyinə nail olsun;

Ən azı iki dildə biliyə yiyələnərək asanlıqla ali məktəb və gələcək karyera seçimi etməyə imkanları olsun;

Səriştəli və yenilikçi olsun;

Peşəkarlıqla ünsiyyət qursun, yaradıcı, tənqidi düşünərək üzləşdiyi problemləri asanlıqla həll etsin;

Fiziki və emosional cəhətdən sağlam yetişsin.